UHML Fəaliyyəti

UHML-nin girov uşaqlarla əlaqədar fəaliyyəti

1992-ci ildə Azərbaycan Uşaq Hüquqları Müdafiə Liqası ictimai birliyi (UHML) Azərbaycanı parlamentinə Uşaq Hüquqları üzrə Beynəlxalq Müdafiə Konvensiyasına qoşulmağı üçün müraciət etdi. Lakin Parlamentdən bizə cavab verdilər ki, Respublika yeni yarandığına görə belə öhdəlikləri qəbul etmək mümkün olmaycaq. Bu vaxt biz təkid etdik ki, konvensiyaya qoşulsaq 38-ci maddəyə əsasən biz 90-dan çox Azərbaycan uşağının Qarabağ müharibəsi vaxtı Erməni tərəfindən girov götürüldüyünü sübut edə və onları geriyə qaytara bilərik. Bizim təkidlərimizdən sonra Azərbaycan nəhayət ki, Konvensiyaya qoşuldu.

Bundan sonra UHML Azərbaycanda ilk dəfə olaraq girov düşümüş uşaqlar haqqında mətbuat konfransı verdi və bu uşaqların adlarını qəzetlərdə nəşr etdirdi.

Daha sonra uşaqların azad olunması mövzusu ilə UHML Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib Birləşmiş Millətlər Təşkilatının Ofisi qarşısında piket keçirtməyi tələb ilə çıxış etdi. Piketə razılıq verilməsə də BMT-nin nümayəndəsi Mahmud Əli Səid ilə görüşə nail olundu. Bu görüşdə UHML və digər təşkilatlar Konvensiyaya əsaslanaraq BMT-dən uşaqların azad olunmasında köməklik göstərilməsini və bu barədə məlumatı dünya ictimaiyyətinə yayılmasını tələb etdi.

1993-cü ildə UHML bir çox ölkələrin dövlət başçılarına (Birləşmiş Krallıq, Türkiyə və s. ölkələr) girov uşaqların vəziyyəti ilə barədə məktub ünvanladı. İlk dəfə olaraq BK-nin baş naziri və Türkiyənin Prezidenti Süleyman Demireldən cavab məktubları aldıq.

1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqına girov düşmüş uşaqlar mövzusunda posterlərin hazırlanması üçün dizayna yaratmaqda müraciət etdik. Bu iş ittifaqın üzvü İsmayıl Məmmədova tapşırıldı. Bu plakatlar hazır olandan sonra UHML bu posterləri Bakı küçələrində asıldı.

UHML Bakı Təhsil İdarəsi ilə birgə Bakıdakı bir çox orta məktəbi ziyarət etmiş, məktəblilərə girov uşaqlar barədə məlumat vermiş və onların azad olunması barəsində petisiyanı könüllü şəkildə imzalatdırmışdır.

Daha sonra Almaniyanın Azərbaycandakı konsulu Volf Tis ilə görüş keçirildi. BMT-nin baş katibi Butros Butros Qalinin Azərbaycana səfəri zamanı da ona Azərbaycanlı girov uşaqların azad olunması ilə əlaqədar  100,000 yaxın imzalanan petisiyanı təqdim etmişdik. Petisiyanın bir nüsxəsi isə BMT-nin Azərbaycandakı nümayəndəliyinin direktoru Mahmud Əli Səidə göndərilmişdir. Butros Butros Qali bizə gördüyümüz işə görə təşəkkür etdi.

Daha sonra UHML Azərbaycan Televiziyasına girov uşaqlar barədə sənədli filmin çəkilməsi zəruriyyəti barədə müraciət etdi. Bu müraciətə müsbət rəy verildi və Yalçın Əfəndiyevın rejossorluğu ilə Azərbaycan girov uşaqları haqqında ilk film “Ağrılı Yaddaş” çəkildi.

Bu fəaliyyətlərə aid sənədlər aşağıdakı qalereyada təqdim olunmuşdurlar.

4
« 1 of 21 »